Hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb Hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb
  • Mahal
  • 20 İyul 2021 20:56
  •  5 079

Əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

Hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Aznews.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.

Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.