Təxirəsalınmaz tədbirlər görülür Təxirəsalınmaz tədbirlər görülür
  • Mahal
  • 3 Avqust 2021 20:17
  •  8 387

Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb

Təxirəsalınmaz tədbirlər görülür

Lənkəranda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Aznews.az