- Mahal
- 6 Aprel 2022 18:59
- 6 071
Saatlıda narkotacir saxlanılıb
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş İsməli Fərəcov saxlanılıb.
Aznews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İsməli Fərəcov saxlanılan zaman ondan narkotik vasitələrin satışından əldə etdiyi pullar, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.