Füzulili məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər Füzulili məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər
  • Mahal
  • 25 May 2022 11:07
  •  4 460

Alı Alıyev Saatlıda səyyar-qəbul keçirdi - FOTOLAR

Füzulili məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Saatlı rayonunda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkünlərlə səyyar-qəbul görüşü keçirilib.

AzNews.az xəbər verir ki, Saatlı rayonunda məcburi köçkün ailələri üçün salınmış şəhərcikdə keçirilən səyyar qəbulda çıxış edən Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə bu cür görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib.

Alı Alıyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

Səyyar qəbulda Saatlı rayonunda məskunlaşmış rayon sakinlərinin ayrı-ayrı sahələrə dair müraciətləri dinlənilib. Sabirabad rayonunda məskunlaşan füzulili məcburi köçkünlər işğaldan azad olunmuş öz doğma torpaqlarına tez bir zamanda köçürülmələrini xahiş ediblər.

Səyyar qəbul zamanı çıxış edən füzulili məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.