Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb
  • Mahal
  • 22 Sentyabr 2022 20:48
  •  6 038

Bakı-Quba yolunda fəhlələri daşıyan avtobus aşdı, ölən və yaralananlar var

Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub.
Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər- 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu isə hadisə yerində dünyasını dəyişib, 10-dan çox sərnişin xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.