• Mahal
  • 25 Mart 17:02
  •  4 090

Azərbaycan Ordusu Qarabağda təxribatların qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirib

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bu barədə Aznews.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.