• Mahal
  • 9 Fevral 14:28
  •  4 938

Həkəri Balıq Təsərrüfatında ilk dəfə olaraq əlvan farellərin satışına start verilib

Fevralın 8-dən Həkəri Balıq Təsərrüfatında ilk dəfə olaraq əlvan farellərin satışına start verilib.

Bu barədə Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin iyul ayından təsərrüfata körpə farel və nərə balıqları gətirilib: “Ən tez yetişən farel balığı olduğu üçün bu ilin fevral ayından satışa çıxarılıb. İlkin başlanğıcda fevral-mart aylarında 700 kiloqram əlvan farel balığı satışa çıxıb. Artıq müştərilər tərəfindən 20 kiloqramdan çox balıq alınıb.

Müəssisədə iki gün davam edən çeşitlənmədən sonra balıqlar çəkisinə görə ayrılıb. İki növdə – qızılı və göy qursağı rəngdə olan 200, 250, 300 və 350 qramlıq əlvan farellər müştərilərə təklif olunur. Restoran və digər iaşə obyektləri əsasən 200-250 qramlıq balıqlara üstünlük verir. Əhalinin isə nisbətən böyük balıqlara tələbatı olduğuna görə, onlar üçün 300-350 qramlıq farellər təklif olunur.

Aprel-may aylarından isə cökə balıqlarının satışa çıxarılması planlaşdırılır. Çəkisi 600-700 qram olan erkək cökə balıqları 1 kiloqrama çatanda satışı təşkil olunacaq”.

Xidmətdən verilən məlumata görə, mütəxəssislər paytaxt bazarına çıxmağı tez hesab edir: “Laçın balığına tələbat çox yüksəkdir. Böyük bazarlara ən azı bir-iki ton məhsulla çıxmaq lazımdır. Təbii ki, başqa şəhərlərdə bazarı təşkil etmək üçün ilk növbədə müxtəlif marketlərlə danışıqlar aparılmalıdır. Daha sonra Laçında istehsal olunan balıqlarla ətraf bazarları təmin etmək olar.

Qiymət balıqların növünə görə fərqlənir. Satışda hazır nərələr də var, ancaq kiçik olduğuna görə bu balıqları alan yoxdur. Çəkisi 1-1.200 kiloqramdan çox olan nərə balıqları təmizlənib donduruculara yığılıb. Həkəri Balıqçılıq Təsərrüfatında istehsal olunan məhsulu saxlamaq üçün ümumilikdə 10 tonluq saxlama kameraları var.

Laçın iqliminə görə sərt olduğu üçün balıqların yetişmə prosesi gecikir. Satışa start verildiyi üçün 3000 körpə balıq sifariş edilib. Növbəti dəfə 180 qramlıq balıqlar satışda çıxarılacaq. Bundan sonrakı mərhələdə hər ay balıq satışının təşkil olunması nəzərdə tutulub”.

image description image description image description image description image description