• Mahal
  • 23 Mart 2024 09:43
  •  6 654

Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə Aznews.az-a Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.