• Mahal
  • 25 Mart 12:08
  •  4 014

Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar tapıblar.

Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.