• Mahal
  • 26 Mart 10:30
  •  3 455

Xankəndidə avtomat, saatlı bomba və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar tapıblar.

Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.