• Mahal
  • 30 Mart 17:55
  •  4 167

Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin olunacaq

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcək. Müşfiq Həsənov Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub.