• Mahal
  • 10 İyul 10:10
  •  6 456

Tovuzda avtomobil traktorla toqquşub, üç nəfər yaralanıb

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, minik avtomobilinin traktorla toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1992-ci il təvəllüdlü R. Məmmədov, 1982-ci il təvəllüdlü S. Məmmədov və Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü P. Rüstəmov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.