• Mahal
  • 28 May 05:12
  •  2 167

Bərdə YAP-çıları 28 mayı qeyd etdi

YAP Bərdə rayon təşkilatı 28 May - Dövlət Müstəqilliyi Gününü fəal gənclərlə birlikdə qeyd edib.

AzNews.az-ın bölgə müxbiri xəbər verir ki, öncə dövlətimizin müstəqilliyinin əbədiliyinin və sarsılmazlığının təminatçısı, xalqımızın ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülərək əziz xatirəsi ehtiramla anılıb.

Sonra rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub. Burada gənclər Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini təmin etməyi bacarmış dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu, parlaq və aydın ideyaları ilə sonsuzadək siyasi rəhbər, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, xalqa bağlılığını əks etdirən foto- eksponatlarla, onun zəngin irsinin xalqımızın və dövlətimizin taleyini həll etmiş müəyyən məqamları ilə tanış olublar.

Mərkəzdə gənclərə mili dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqilliyimizin əbədiliyinin təmin olunmasının Ulu öndər Heydər Əliyevlə bağlılığı və layiqli varisi, Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün, suverenliyimizin bərpa olunması haqqında geniş və ətraflı danışılıb.

Gənclər Ulu öndər Heydər Əliyev ideyalarına və dövlətimizə daim sadiq olacaqlarını bildiriblər.

AzNews.az