• Mahal
  • 5 İyun 16:19
  •  2 033

Bu il ilk dəfə Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq

Bu il ilk dəfə olaraq Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) bildirilib.

Məlumat verilib ki, iyunun 6-7-də yəni Qurban bayramı günlərində Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində AQTİ səyyar laboratoriyaları fəaliyyət göstərəcək.

Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub.