Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında “Yurd” sərgi mərkəzini ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət heyət Laçındakı “Yurd” sərgi mərkəzini ziyarət edib.

İştirakçılar Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar.

Diplomatlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.