Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Həkəri çayı sahilində gəzintiyə çıxıb.

“Report”un Laçına ezam olunmuş müxbirinin məlumatına görə, nümayəndə heyəti yerli flora və fauna, həmçinin Laçın rayonunun təbii landşaftları ilə tanış olub.

Bundan başqa, nümayəndələr işğal zamanı ekosistemin pozulması nəticəsində zərər çəkmiş çay faunasını zənginləşdirmək və balıq ehtiyatlarını bərpa etmək məqsədilə Həkəri çayına balıq körpələri buraxıblar.