- Mahal
- 09:53
- 920
Sabirabadda bir nəfər çayda batıb

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.
Aznews.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
AzNews.az