Gəncədə iki gün qaz olmayacaq

Sabahdan başlayaraq Gəncə şəhərinin bəzi ərazilərinin təbii qazla təchizatında iki gün fasilə yaranacaq.

Bu barədə AzNews.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-dən saat 09:00-dan etibarən (iki gün müddətində) iyulun 9-da işlər başa çatanadək “Gəncə 1 və 2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra isə bərpası planlaşdırılır.

AzNews.az