- Mahal
- 11:02
- 1 438
Naxçıvanda bu il oğlanlara ən çox bu adlar qoyulub - SİYAHI
Naxçıvan Muxtar Respublikasında cari ildə doğumu qeydə alınmış körpələr arasında ən çox qoyulan adlar açıqlanıb.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən bildirilib ki, kişi cinsindən olan körpələrə ən çox Uğur, Əli, Hüseyn, Yusif, Raul, Alparslan, Atilla və Məhəmməd adları verilib.
Qadın cinsindən olan körpələrə isə Zəhra, Aylin, Nilay, Zeynəb, Ayla, İnci, Melisa, Alisa və Miray kimi adların verilməsi üstünlük təşkil edib.
Aznews.az