Qazaxda avtomobil divara çırpılıb, ölən və yaralanan var

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı divara çırpılıb. Qəza zamanı 24 yaşlı N.Alıyev hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü M.Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.