Bu gün Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gəncləri, idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Türkiyənin Ankara şəhərində baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşıblar. Bu gün Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gəncləri, idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Türkiyənin Ankara şəhərində baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşıblar.

Bakıda gənclər Türkiyə səfirliyi önünə toplaşdılar – Fotolar

Bu gün Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxt gəncləri, idman idarələri, fəal gənclər, ictimai birliklər və TGT-nın nümayəndələri dünən Türkiyənin Ankara şəhərində baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşıblar.


Bu barədə AzNews.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gənclər səfirliyin önünə gül dəstələri qoyub, iki ölkənin bayraqlarını dalğalandıraraq, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər.

Gənclər Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dini nə də milləti olmadığını vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.