Amerikalı aktyor Corc Kennedi vəfat edib. Amerikalı aktyor Corc Kennedi vəfat edib.

Kennedi vəfat etdi

Amerikalı aktyor Corc Kennedi vəfat edib.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aktyor 91 yaşında dünyasını dəyişib. Həyat yoldaşının vəfatından sonra səhhəti pisləşən Kennedi həyatının son bir ilini xəstəxanada keçirib.

Qeyd edək ki, Corc Kennedi 1925-ci ildə anadan olub. Onun kino karyerası 1960-cı ildə "Spartak" filmində oynadığı kiçik rolla başlayıb. Bundan sonra aktyor müxtəlif film və seriallarda 150-dən çox rol oynayıb. 1968-ci ildə Kennedi "Soyuqqanlı lyuk" (Cool Hand Luke) filmindəki roluna görə "ikinci planda ən yaxşı aktyor" nominasiyası üzrə "Oscar" mükafatına layiq görülüb.

Aydan Axundova