İnterpola qadın rəhbərlik edəcək

AzNews.az France-Presse agentliyinə istinadən xəbər verir ki, ilk dəfə olaraq İnterpolun prezidenti qadın oldu. Noyabrın 8-də Romada keçirilən təşkilatın Baş Assambleyasında bu vəzifəyə fransalı polis komissarı Mirey Balestrazzi seçilib. M.Balestrazzi ilk dəfə polis komissarı kimi 1975-ci ildə fəaliyyət göstərib. O, Bordo və Korsikada mütəşəkkil cinayətkarlıqla mübarizədə seçildiyinə görə məşhurlaşıb.

2010-cu ildən 58 yaşlı Balestrazzi Avropa üzrə İnterpolun icraiyyə komitəsinin vitse-prezidenti vəzifəsində çalışıb. Bu təşkilatın 13 üzvündən yalnız ikisi qadındır.

Romada noyabrın 4-də açılmış İnterpol konqresini ziyarət edən Fransanın daxili işlər naziri Manuel Vals qeyd edik ki, Balestrazzi "Fransa polisinin fəxridir". Onun sözlərinə görə, qadının mütəşəkkil cinayətkarlıqla mübarizədəki təcrübəsi ona yeni vəzifəsində Cənubi və Şərqi Avropanın mafioz qrupları və narkoticarətçilərlə mübarizədə qalib gəlməyə kömək edəcək.

AzNews.az