70 ildən sonra planetdə... - TƏŞVİŞ

İqlim dəyişikliklərinə görə, 70 ildən sonra planetdə yabanı kofe meşələri qalmayacaq. Britaniya alimlərinin qənaətinə görə, kofenin ən geniş yayılmış növü Arabikadır ki, o da dağ meşələrində bitir.

Kommersiya plantasiyalarında əkilən kofenin toxumları meşələrdən gətirilir. Bu bitki xəstəliyə və iqlim dəyişikliklərinə tez məruz qalır. Ona görə də meşələrdə kofenin məhvi ümumiyyətlə bu bitkinin məhv olmasına gətirəcək.

Əgər dağ meşələrini, kofe kollarını qorumasaq, içkinin qiyməti sürətlə yüksələcək, alimlər deyr.

"Arabikanı onun təbii mühitində qoruyub saxlamaq əsas şərtdir. Bu yabanı resurslar olmadan kofe plantasiyalarını zərərvericilərdən və xəstəliklərdən qorumaq mümkün olmayacaq. Belə davam edərsə, 70 ildən sonra Arabika vəhşi təbiətdə tamamilə məhv olacaq". Bu proqnozları da Britaniya alimləri verib.

Xatırladak ki, hazırda kofe 70 ölkədə istehsal edilir. Bu sahədə 26 milyon insan çalışır. Kofenin ən böyük istehsalçısı Afrikadır. Ən böyük yabanı kofe meşələri isə Sudan və Efiopiya ərazisindədi.

AzNews.az