Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Ermənistanda hərbçilərin maşını dərəyə düşdü – 3 ölü, 2 yaralı (Fotolar)

Ermənistanda içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Yerevan-Mehri yolunda "Opel" markalı avtomobil idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarına çıxıb və təxminən 250 metr məsafədə dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobilin sürücüsü 1981-ci il təvvəllüdlü Karen Karapetyan və sərnişin Vaan Qukasyan hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə xəstəxanaya aparılıblar. Ruslan Arutyunyan xəstəxanaya aparılarkən yolda keçinib, R.Q-nin vəziyyətinin ağır, A.Q-nin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobildə olan 5 nəfərin hamısının müqavilə ilə xidmət edən hərbi qulluqçular olduğu deyilir.



Aydan AXUNDOVA