Dünya ictimaiyəti qlobal istiləşməylə mübarizədə Paris iqlim müqaviləsi ilə kifayətlənməməlidir. Dünya ictimaiyəti qlobal istiləşməylə mübarizədə Paris iqlim müqaviləsi ilə kifayətlənməməlidir.

Dünyanı gözləyən fəlakət yaxınlaşır

Dünya ictimaiyəti qlobal istiləşməylə mübarizədə Paris iqlim müqaviləsi ilə kifayətlənməməlidir.


BMT-nin hava xidməti sayılan Ümumdünya Meteoroloji Təşkilatı, havanın daha da istiləşməsi barədə xəbərdar edib.

2015-ci il sənaye inqilabından bəri dünyanın ən isti ili kimi qeydə alınıb. Təşkilatın hər il dərc etdiyi "iqlimin vəziyyəti" adlı hesabata görə, 2016-cı ildə havanın daha da istiləşəcəyi, regiondan asılı olaraq bəzi yerlərdə quraqlıq olacaq, bəzi yerlərdə isə yağıntılı hava şəraitinin kəskinləşəcək.

Cenevrədə keçirilən mətbuat konfransında Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Petteri Talas insanların çoxunun Paris paktı ilə iqlim probleminin həllini tapdığını düşünməklə yanıldığını bildirib. Təşkilatın rəhbəri dünya temperaturu artımının 1,5 dərəcə Selsi həddinə yaxınlaşmaqda olması barədə xəbərdarlıq edib. Qarşıdakı aylarda El Ninyo effektinin zəifləməsinə baxmayaraq, temperaturda əhəmiyyətli dərəcədə artımın müşahidə olunacağı proqnozlaşdırılır.

El-Ninyo Sakit okeanın şərq hissəsində səth sularının kəskin temperatur dəyişkənliyi hesab olunur. Güclü Elninyo effekti ötən il Hindistanda musson mövsümün qısalmasına, Atlantik okeandakı qasırğaların zəifləməsinə təsir göstərib, Qlobal istiləşməyə təsir baxımında El Ninyo effektinin payı 0,2 dərəcə Selsi təşkil edir.

anspress.com