- Köhnə - Dünya
- 30 Mart 2016 09:32
- 5 074
Rusiyanın daha bir hücum təyyarəsi qəzaya uğradı - Foto

Rusiyada daha bir təyyarə qəzaya uğrayıb.
AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Su-25 döyüş təyyarəsi Primorsk diyarının Çerniqov rayonunda qəza edib.
İlkin məlumata əsasən, pilot təyyarədə tək olub və o vaxtında katapult edə bilib. Təyyarə qəzasına mühərrikdə yaranan nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, Su-25 zirehli hücum təyyarəsidir. O döyüş zamanı quru qoşunlarını müdafiə etmək üçün nəzərdə tutulub. Qəza zamanı təyyarə təlim uçuşu həyata keçirib.

Aydan AXUNDOVA