Qadın idmançı kişi çıxdı

Dəfələrlə Hindistana qadınlar arasında keçirilən mötəbər yarışlardan medallar gətirən Pinki Pramanik sən demə kişi imiş. Yeddi nəfərdən ibarət xüsusi komissiya idmançını müayinə edəndən sonra bu qənaətə gəlib.
2006-cı ildə Kolomboda keçirilən Cənubi Asiya oyunlarında idmançı qızıl, həmin il Melburnda isə gümüş medal qazanıb.

Bir ildən sonra isə aldığı travmadan sonra onun idman karyerası iflasa uğramağa başlayıb. 2009-cu ildə uğursuz çıxışlardan sonra Pinki böyük idmandan getməli olub.

Bu ilin iyununda idmançının rəfiqəsi Anamika Açarya bildirib ki, hamının qadın kimi tanıdığı Pinki Pramanik əslində kişidir və o, Anamikaya qarşı təcavüz edərək əmlakını əlindən alıb.

Məhz bu açıqlamadan sonra xüsusi komissiya yaradılıb və Pramanikin kişi olduğu üzə çıxıb.

Ona qarşı 25 günlük həbs qəti imkan tədbiri seçilib, lakin sonra Pramanik zaminə buraxılıb. Hazırda idmançıya qarşı rəsmi ittiham irəli sürülüb. İttihama görə, o, rəfiqəsini zorlamaqda və qadını aldadaraq əmlarını mənimsəməkdə təqsirli bilinir.

İnci

AzNews.az