Fransa hökuməti dünyanın sonu ilə bağlı sığınacağa yaxınlaşmağı qadağan etdi

Fransa hökuməti çoxlarının 21 dekabrda apokalipsis olacağı təqdirdə sığınacaq kimi gördüyü Büqaraş dağının ətrafına yaxınlaşmağı qadağan edib. Karkassona şəhərinin rəsmisi Erik Freyserinarın qərarına əsasən dekabrın 18-dən 23-dək Büqaraşa dağına yaxınlaşmaq qadağan olunacaq. Bu addımı atmaqda əsas məqsəd apokalipsisin olacağına inanan insanların dağa və onun döşündə yerləşən 200 nəfərlik əhalisi olan eyni adlı kəndə axının qarşısını almaqdır.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hökumət həmçinin buraya çoxlu sayda KİV nümayəndələrınin və bu hadisənin şahidi olmaq istəyən turistlərin axınından ehtiyatlanır.

Qeyd edək ki, bir çox işbazlar da bu fürsəti əldən qaçırmayacaqlar. Məsələn, bəzi ABŞ firmaları buraya bilet satışını təşkil edir, yaxın kəndlərin əhalisi isə çoxlu çaxır tədarükü görərək bu hadisəni qeyd etmək istəyənlərin gəlişinə hazırlaşır.

İnci
AzNews.az