- Köhnə - Dünya
- 2 İyun 2016 00:17
- 3 931
ABŞ-da universitetə atəş açan şəxs intihar etdi - Yenilənib
Los-Ancelesdə, Kaliforniya universitetində atəş açan şəxs intihar edib.
Bunu Los-Anceles polisinin başçısı Çarlz Bak bəyan edib.
"Universitet fəaliyyətini davam etdirir, heç bir narahatlıq yoxdur", deyə Ç.Bak bildirib.
Bu gün yerli vaxtla saat 10:00 radələrində Kaliforniya universitetinin yataqxanası qarşısında baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb. Ölənlərin ikisi də kişidir. Onların adları hələ ki, açıqlanmır.
***
23:13
ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.
Hadisə Kaliforniya Universitetində qeydə alınıb.
İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxananın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.
APA.az