Qətnamə layihəsi Rusiya tərəfindən təklif olunmuşdu Qətnamə layihəsi Rusiya tərəfindən təklif olunmuşdu

BMT Qəzza ilə bağlı qətnaməni təxirə saldı

Qətnamə layihəsi Rusiya tərəfindən təklif olunmuşdu



BMT Təhlükəsizlik Şurası Rusiyanın Qəzza məsələsi ilə bağlı qətnamə layihəsini qəbul etməyib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Hindistanın BMT-dəki daimi nümayəndəsi Xardip Sinqx Puri verib.

O, bildirib ki, qətnamə layihəsinin səsverməsi təxirə salınıb, müzakirələr isə gedir. "Hələ ki, İsraillə Həmas arasında danışıqların hansı nəticə verəcəyini gözləyirik".
Qeyd edək ki, qətnamə ilə bağlı Rusiya ilə ABŞ arasında narazılıq var. ABŞ istəyir ki, qətnaməyə İsrailin özünü müdafiə hüququnun olması ilə bağlı bənd daxil etsin. Rusiya və digər dövlətlər isə bunun əleyhinədirlər.

Sadiq Musa
AzNews.az