HƏMAS: İsraillə atəşkəs Fələstinin qələbəsidir

"İsrail və Qəzza zolağı arasında atəşin kəsilməsi barədə sazişin imzalanması fələstinlilərin qələbəsidir". Qəzza xolağına nəzarət edən HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Xalid Məşəl bu fikirdədir.

Sazişə əsəsən, İsrail Qəzza zolağına hücuma və Fələstin qruplaşmalarının liderlərini məhv etmək üçün zərbələr endirməyə son qoymağı öhdəsinə götürür. Sazişə görə, İsrail Qəzza zolağını ətraf aləmlə birləşdirən sərhəd məntəqələrini də açmalıdır.

Bu hadisə atəşkəsdən 24 saat sonra baş verməlidir. HƏMAS liderinin fikrincə, bu faktiki olaraq Qəzza zolağının blokadasına son qoyulması deməkdir. Fələstinlilər isə öz növbələrində Qəzza zolağından İsrailə qarşı istənilən düşmən hərəkətlərinə son qoymağı öhdələrinə götürürlər.

"İsrailin sonuncu təcavüzü göstərdi ki, müqavimət Fələstin dövlətini yaratmaq üçün ideal seçimdir. Bizim əldə etdiyimiz nəticələr bütün fələstinlilərin və ərəblərin qələbəsidir", deyə Məşəl bəyan edib.

AzNews.az