Terrorçünün büründüyü ağ mələfə kəfəni əvəz edib Terrorçünün büründüyü ağ mələfə kəfəni əvəz edib

Ben Ladenin dəfninin gizlinləri üzə çıxdı

Terrorçünün büründüyü ağ mələfə kəfəni əvəz edib



Qərb mətbuatı "Əl Qaidə" terror təşkilatının lideri Üsame Ben Ladenin dəfninin gizlinlərini ortaya çıxarıb.

"Associated Press"in məlumatına görə, terrorçu dənizə atılmazdan əvvəl ona müsəlman qaydalarına uyğun dualar oxunub. Beləliklə də bundan əvvəl dəfnlə bağlı irəli sürülən versiyalara daha biri əlavə olunub.

"Associated Press" terrorçunun dəfni ilə bağlı sənədləri yayıb. Sənədlərin yayımdan əvvəl ciddi senzuradan keçirildiyi vurğulanıb.

2011-ci ilin mayında məhv edilən Ben Ladenin cəsədinin dənizə atıldığı bildirilirdi. Başqa bir məlumatda isə "Əl Qaidə" liderinin cəsədinin yandırıldığı, külünün dənizə atıldığı iddia edilirdi.

Lakin son yayılan sənədlərdə Ben Ladenin cəsədinin yuyulduğu, kəfəni əvəz edən ağ mələfəyə büründüyü yazılıb. Həmin sənədə əsasən zabitlərdən biri dini ayini icra edib, dua oxuyub, daha sonra bu mətn ərəb dilinə tərcümə olunub.

Dua oxunarkən cəsəd dənizə endirilib. Qərb mətbuatının yazdığına görə, ərəb dilində duaların oxunması müsəlman dəfn adətlərinin bir hissəsidir.

Elnarə Əlosmanqızı
Aznews.az