Gürcüstan qaçqın və məcburi köçkünlərlə iş üzrə naziri Sozar Subari İstanbulda Atatürk hava limanındakı terror aktını təşkil etdiyi ehtimal edilən Əhməd Çatayevin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “agenti” olduğu barədə açıqlama verib. Gürcüstan qaçqın və məcburi köçkünlərlə iş üzrə naziri Sozar Subari İstanbulda Atatürk hava limanındakı terror aktını təşkil etdiyi ehtimal edilən Əhməd Çatayevin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “agenti” olduğu barədə açıqlama verib.

Gürcü nazirdən Saakaşviliyə terror ittihamı: “Onun agenti olub”

Gürcüstan qaçqın və məcburi köçkünlərlə iş üzrə naziri Sozar Subari İstanbulda Atatürk hava limanındakı terror aktını təşkil etdiyi ehtimal edilən Əhməd Çatayevin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “agenti” olduğu barədə açıqlama verib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Subari bununla əlaqədar araşdırma başlana biləcəyini bildirib. "Belə məlum olub ki, bu tanınmış terrorçu Saakaşvilinin agenti olub və onun tərəfindən maliyyələşdirilib. Saakaşvili onun bir pasportunu ard-arda digərləri ilə əvəzləyib. Təbii ki, bu barədə müvafiq orqanlarda müvafiq sübutlar var", -deyə gürcü nazir bildirib.

Qeyd edək ki, bir müddət öncə Çatayevin Gürcüstan pasportuna malik olması və Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan xüsusi təyinatlılarının agentli olması barədə Gürcüstan parlamentinin müdafiə komitəsinin rəhbəri İrakli Sesiaşvili məlumat verib.

Aydan AXUNDOVA