- Köhnə - Dünya
- 7 İyul 2016 23:30
- 6 964
Tayvanda metroda silsilə partlayışlar - 21 yaralı (Video)
Tayvanda, Taybe şəhərinin metrosunda qatarda törədilən üç partlayış nəticəsində azı 21 nəfər yaralanıb.
Hazırda polis partlayışları törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat aparır.
Məlumata görə, vaqonların birində yanğınla nəticələnən 3 partlayış baş verib. Polislər oturacaqların birində partlayıcı qurğu aşkarlayıblar.
İnsident şahidlərinin sözlərinə görə, partlayışlardan əvvəl vaqona təxminən 40 yaşında kişi daxil olub və əlindəki çantanı qoyaraq, dərhal qatarı tərk edib.
Hadisə yerinə 10 həkim və 10 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın artıq söndürülüb.
Polis hadisəni terror aktı adlandırıb.
APA.az