Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra hərbi helikopterlə Yunanıstana qaçan 8 əsgər haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra hərbi helikopterlə Yunanıstana qaçan 8 əsgər haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.

Yunanıstana qaçan türk əsgərlər tutuldu

Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra hərbi helikopterlə Yunanıstana qaçan 8 əsgər haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.


Sərhədi qanunsuz keçdiklərinə görə onlar 3 il azadlıqdan məhrum edilə bilərlər.

Pilota isə uçuş qaydalarını pozmaqda ittiham olunaraq bəraət verilib. Şərti cəzaya baxmayaraq, hərbçilər hələ də siyasi sığınacaq sorğularına baxılana qədər həbsdə qalacaqlar. Türkiyə qaçan əsgərləri ekstradasiya etmək və onların hərbi çevrilişdə iştiraklarına görə məhkəmə qarşısında cavab vermələrini tələb edir.

Hərbçilərin vəkilləri isə iddia edirlər ki, Türkiyəyə qayıdacaqları təqdirdə onların müdafiəsi təhlükə altında qalacaq.

Türkiyədə hərbi çevriliş cəhdi iyulun 15-də axşam saatlarında olub.


Modern.az