- Köhnə - Dünya
- 6 Dekabr 2012 15:41
- 2 769
Hərbi bazadan oğurluq edildi

Hüquq-mühafizə orqanlarının ehtimallarına görə, hadisəni bazadakı hərbi qulluqçular törədib. Əks halda güclü təhlükəsizlik xidmətindən yayınaraq belə bir oğurluğu həyata keçirmək mümkün olmazdı.
Hələlik məsələ ilə bağlı saxlanılan yoxdur. Bundan başqa oğruların mühərrikdən nə üçün istifadə edəcəyi də maraqlı görünür. Versiyalardan biri mühərriklərin metal parçası kimi satılmasıdır. Bu ehtimalın yaranmasına ötən il F-15 və F-16 bazalarından buna bənzər oğurluqların baş verməsi səbəb olub.
Onu da qeyd edək ki, oğurluq İsrail hərbi bazalarında əməlli-başlı problemə çevrilib. Bu ilin yanvarında hərbi anbardan yüzlərlə tank mərmisi oğurlanmışdı.
Elnarə Əlosmanqızı
AzNews.az