Tramp haqqında bilmədiklərimiz - FOTOLAR

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən milyarder Donald Tramp Demokrat rəqibi Hillari Klintona qalib gələrək ABŞ-ın 45-i prezidenti oldu.


AzNews.az yeni prezidentin həyatı və uğur tarixçəsiylə bağlı az sayda insanın bildiyi məlumatları təqdim edir:

Donald Tramp 1946-cı ildə Nyu-Yorkda tikinti biznesi ilə məşğul olan imkanlı ailədə anadan olub.



Birinci sinfə özəl məktəbdə başlayan Tramp qısa zaman ərzində nizam-intizam qaydalarını pozduğu üçün məktəbdən xaric olunub.


Fotoda Tramp soldan birincidir

Adi bir məktəbin Donald üçün səmərəli olmayacağını anlayan valideynləri onu "Nyu-York hərbi akademiyası" adlı özəl internata yerləşdirirlər.


Fotoda Tramp üst cərgədə ortadadır

Burada Tramp həqiqətən də nizam-intizama uyğunlaşır və yaxşı təhsil almağa başlayır. İstər yüksək qiymətləri, sosial uyğunlaşma baxımından yüksək bacarığı, istərsə də idman sahəsindəki uğurları ilə Tramp çox keçmədən ailəsinin ən qürurverici övladına çevrilir.



Bütün pis vərdişlərdən uzaq olan Tramp üçün təhsil heç də prioritet olmur. O, şəxsi imperiyasını qurmağı arzulayır.



Atasına daşınmaz əmlak biznesi ilə bağlı kömək edən Tramp bu sahə ilə yaxından maraqlanır.



Hərbi akademiyanı bitirdikdən sonra aktyor kimi fəaliyyət göstərən Donald hətta film məktəbinə də daxil olmaq istəyir. Lakin daşınmaz əmlak biznesi ilə aktyor karyerasını müqayisə edən Tramp biznesdən daha çox gəlir qazana biləcəyini anlayır və seçimini edir.




Donald Trampa etibar edilən ilk layihə Ohaya ştatında tikilməsi nəzərdə tutulan "Swifton Village" kompleksi olur. "Orta təbəqə" üçün 1200 mənzildən ibarət olan kompleks Trampın rəhbərliyi ilə 1 il ərzində 6 milyon dollara tikilir. Mənzillərin satışından isə 12 milyon dollar əldə edilir.



2 qat qazanc karyeraya çox gözəl başlanğıc olur. Lakin əldə olunan uğurla kifayətlənməyən Donald anlayır ki, daha çox maliyyə tələb edən layihələr üçün sponsor qismində dövlət yox, bankirlər, top-menecerlər, neft maqnatları çıxış etməlidir.

1971-ci ildə Nyu-Yorkun mərkəzində yerləşən Manhetten adasında məskunlaşan Trampın əhatəsı artıq görkəmli şəxslərdən ibarət olur.


Donald Tramp atası Fred Trampla

Öz biznesinə başladıqdan bir neçə il sonra Tramp ailə qurmaq barədə düşünür.



Onun həyat yoldaşı kimi ilk seçimi 28 yaşlı amerikalı fotomodel İvana Zelniçkova olur.



1977-ci ildə ailə quran cütlüyün elə həmin ildə ilk övladları doğulur. Birlikdə yaşadıqları 15 il ərzində cütlüyün Donald, İvanka və Erik adlı 3 övladı dünyaya gəlib.



Aktrisa Marla Meyplz ilə eşq yaşadığı üçün ailəsi dağılan Tramp elə həmin aktrisa ilə ikinci dəfə evlənir. 5 illik ailə həyatı ərzində cütlüyün Tiffani adlı övladı dünyaya gəlir.



Üçüncü dəfə 2004-cü ildə model Melanya Knavs ilə ailə quran Trampın son evliliyi bu günə qədər davam edir. Cütlüyün Berron adlı övladı var.



Biznesi sürətlə inkişaf edən Tramp 1979-cu ildə "5th Avenue"da "Tiffany&Co" zinət əşyaları mağazasının yerini əldə edir. 1983-cü ildə bu ərazidə 58 mərtəbəli "Trump Tower" inşa edilir. Qısa zaman ərzində populyarlıq qazanan binanın bütün mənzilləri bir neçə ay ərzində satılır. Bu layihə Trampa daha 200 milyon dollar gəlir gətirir.



1977-ci ildə Nyu-Cersi ştatında qumar oyunları leqallaşdırıldıqdan sonra Tramp bu sahədə də imzasını qoyur.

Bir müddət biznesində geriləmələr yaşayan və müflis olmaq təhlükəsilə üzləşən Tramp belə deyir: "Mən hər-hansı bir pislik deyiləm. Əgər bütün dünya dibə çöksə, mən bir penni belə itirməyəcəyəm".



İnadı sayəsində borc bataqlığından çıxmağı bacaran Tramp 1997-ci ildə borclarını tamamilə bağlayaraq yeni layihələr üzərində çalışmağa başlayır.



2008-ci il maliyyə böhranı Donald Trampın biznesindən də yan ötmür. 40 milyon dollarlıq kreditini vaxtında ödəyə bilməyən Tramp borcu öz vəsaiti ilə ödəmək əvəzinə müflis olması ilə bağlı məhkəməyə müraciət edir və böhranın fors-major olduğunu bildirir. 2009-cu il fevralın 17-də o, şəxsi şirkətinin Direktorlar Şurasını tərk edir.



2002-ci ildə "Namizəd" realiti şousunu təqdim edən Tramp ilk sezonda hər buraxılış üçün təzminən 50 min dollar qazanır. İkinci sezondan etibarən isə bu qazanc 3 milyon dollara qədər yüksəlir. Bununla da Tramp ən yüksək ödəniş alan teleaparıcılardan birinə çevrilir.



2006-cı ildə Tramp şərikli olaraq "Miss Universe Organization" şirkətini satın alır.



2007-ci ildə Tramp "Namizəd" teleşousuna görə "Şöhrət xiyabanında" öz ulduzunu əldə edir.



2009-cu ildə Respublikaçılar partiyasına üzv olan Trampa 2011-ci ildə prezident postuna namizdəliyini irəli sürmək təklif olunsa da, o, belə bir addımı 2016-cı ildə atır və ABŞ-ın 45-ci prezidenti seçilir.



Aydan AXUNDOVA