- Köhnə - Dünya
- 26 Noyabr 2016 14:45
- 10 207
Fidel Kastro vəfat etdi - Yenilənib 2

Kuba lideri Fidel Kastronun cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılacaq.
AzNews.az xəbər verir ki, bu barədə Fidel Katronun qardaşı Raul Kastro bəyan edib.
Kuba Lideri ilə vida mərasimin necə və harda keçirilməsibarədə yaxın saatlarda məlumat veriləcək.
Fidel Kastro 2006 cı ildə səhhətinin pisləşməsi ilə əlaqədar hakimiyyəti qardaşı Raul Kastroya təhvil vermişdi.
***
09:25
Kuba inqilabçısı Fidel Kastro 90 yaşında vəfat edib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun qardaşı, Kuba lideri Raul Kastro məlumat verib.
Fidel Kastro 1926-ci ildə Kubada anadan olub. O, 1959-2008-ci illərdə Kuba lideri olub.
09:48
***
Kuba lideri Fidel Kastro dekabrın 4-də dəfn ediləcək.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 90 yaşında vəfat edən Fidel Kastro 1 həftə sonra, dekabrın 4-də dəfn ediləcək. Bu müddət ərzində isə ölkədə matəm olacaq.
Aydan AXUNDOVA