İstanbulda baş verən terror hadisəsində terrorçunun hadisə yerinə gəlişi, soyuqqanlı davranışı, alçaq qətliamı törətdikdən sonra üstünü dəyişdirib qaça bilməsi onun həmin ərazidə əvvəlcədən kəşfiyyat aparması şübhələri yaradıb. İstanbulda baş verən terror hadisəsində terrorçunun hadisə yerinə gəlişi, soyuqqanlı davranışı, alçaq qətliamı törətdikdən sonra üstünü dəyişdirib qaça bilməsi onun həmin ərazidə əvvəlcədən kəşfiyyat aparması şübhələri yaradıb.

Terrorçu gecə klubuna belə giribmiş - Fotolar

İstanbulda baş verən terror hadisəsində terrorçunun hadisə yerinə gəlişi, soyuqqanlı davranışı, alçaq qətliamı törətdikdən sonra üstünü dəyişdirib qaça bilməsi onun həmin ərazidə əvvəlcədən kəşfiyyat aparması şübhələri yaradıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ilkin araşdırmalara görə, terrorçu tək olub. Amma hadisənin planlaşdırılması və kəşfiyyatın aparılması üçün ona kömək edildiyi araşdırılır. Təhlükəsizlik kameralarında hadisəni törətdikdən 1 neçə dəqiqə sonra terrorçunun paltarını dəyişdirərək hadisə yerindən uzaqlaşması onun əvvəlcədən həmin məkanda kəşfiyyat aparmasını ehtimal edir.

Hadisə yerində tapılan boş mərmi isə terorçunun həmin silahı digər hadisələrdə də istifadə edib etmədiyini göstərəcək.

Hadisəni törədən terror qruplaşması hələki məlum deyil, amma ilk şübhələr İŞİD terror qruplaşmasının üzərində dayanır.