Rusiya ərazisində “silahlı cihad” planlaşdıran qazaxlara hökm oxundu- Gecə klublarını partlatmaq istəyiblər

Qazaxıstanda Rusiya ərazisində bir neçə terror aktı planlaşdıran 7 nəfərə hökm oxunub.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, bu şəxslər barəsində terror təşkilatı yaratmaq, terrorçuluğu yaymaq, dini ədavət yaratmaq maddələri üzrə cinayət işi açılıb.

Liderləri Kudayberqenov soyadlı şəxs olan təşkilat öz planlarını kirayəyə götürdükləri kiçik bir evdə müzakirə edirlərmiş. Terror əməllərində isə ov tüfənglərində istifadə etməyi planlaşdırırlarmış. Beləliklə də, təşkilat öz sıralarını məktəblilər hesabına artırmaq qərarına gəlirlər. Yeniyetmələr öz terror əməllərini ilk əvvəl gecə klublarında həyata keçirmək niyyətində olublar. Məktəblilər arasında təbliğat internet vasitəsilə həyata keçirilirmiş.

Terror qrupunun lideri Kudayberqenov 10 il müddətinə, digər üzvlər isə 6 ildən 9 ilə qədər azadlıqdan məhrum ediliblər.