İldönümü itkilərlə yadda qaldı

Hüsni Mübarəkin devrilməsinin ildönümünü bayram edən Misir xalqı yenidən paytaxt Qahirədəkı Təhrir meydanını ələ kecirib.


Etirazcılar prezident və hökumətə qarşı sosial ədalət və azadlıq tələbilə cıxış edib. Trend-in beynəlxalq KİV-nin məlumatına istinadən xəbərinə görə, Qahirədə prezident sarayı qarşısı yandırılib,binaya daş və yanacaq dolu qablarla hücüm edilib.

Bir necə şəhərdə baş qaldıran özbaşınalıqda 9 nəfərin həlak olduğu, 400-ə yaxın misirlinin yaralandığı deyilir. Olaya müdaxilə edən polis kütləyə qarşı gözyaşardıcı qumbaralardan istifadə etməli olub. Eyni zamanda ölkənin müxtəlif şəhərləri də 1 il öncəsi kimi döyüş meydanını xatırladıb. Asayış keşişciləri ilə gənc aksiyacılar arasında şiddətli qarşıdurmalar yaşanıb.
Paytaxt Qahirə yaxınlığında yerləşən Süveyş əyalətində etirazcı kütlə polislə qarşıdurmaya girərək,valilik binasini ələ kecirib. Binanın otaqlarına od vurulub. İsgəndəriyyə,İsmailiyə,Əl-Qabiliyə və Əl-Mahalla əyalətlərində də valilik binalarına şığıyan aksiyacilar binadakı ofis əşyalarını alova qərq edib. Eyni aqibətlə dövlət obyerkləri,hakim Müsəlman Qardaşlarnın Hürriyyət və Ədalət partiya mərkəzləri də üzləşib. Məlum olub ki, özbaşınalıqda radikal futbol fanatlari da yer alib.
Misir səhiyyə nazirliyinin sözcüsü Muhammed Sultan isə etiraf edib ki, Süveştə meydana gələn qarşidurmada acılan atəş nəticəsində 1-i əsgər olmaqla 4 nəfər həlak olub. Ümumilikdə isə 400-ə yaxın misirlinin yaralandığı bildirilir. Yaralılar arasında güc strukturu əməkdaşları da var. Yerli mətbuatın mənbələrə istinadən məlumatına görə, hazırda ölkə rəhbəri Məhəmməd Mursi öz ailəsi ilə Qahirə ətrafı hərbi bazalarin birindədir.