Prezidentin arvadı üçün ayaqqabı tikən qadına Amerika vizası vermədilər - Qalmaqal

Melani Tramp üçün ayaqqabı tikən serbiyalı dizayner Marinko Umiseviç Trampın inaqurasiya mərasiminə düşə bilməyəcək.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya serblərinə aid ayaqqabı fabrikində çalışan dizayner Trampa dəstək nümayiş etdirmək üçün onun həyat yoldaşına 2 cüt ayaqqabı hazırlayıb. Biri ağ rəngli hündürdaban ayaqqabıdır, bu Melaninin inaqurasiya mərasimində geyinməsi üçün nəzərdə tutulub

Dizayner görüş üçün xüsusi hazırlaşıb, hətta Melaniyə hədiyyə etmək üçün ənənəvi serb geyimi də tikib:

“Trampın birinci nigahdan olan qızının ayaqqabı fabriki var, mən hətta onunla əməkdaşlıq etmək istəyirdim. Amerika çox uzaq ölkədir. Mən ora məqsədsiz,plansız getmək istəmirdim” - dizayner belə deyib.

Umiseviç Melani Trampa məktub, qalstuk və futbolka da yollayıb.