Çində internet asılılığından əziyyət çəkən uşaqları elektroşokla müalicə edirlər

Artıq bu müalicə üsulunu qadağan etmək üçün qanun layihəsi hazırlanır.

AzNews.az Life.ru-ya istinadən xəbər verir ki, Çin qanunvericilərini belə təşəbbüsünün hazırlamasına ötən il baş verən faciə təhrik edib. Şandun əyalətində klinikalardan birində müalicə kursunu keçmiş qız keçirdiyi əzablı müalicənin intiqamını anasından çıxaraq, onu öldürüb.

Çinin səhiyyə ekspertləri də internet asılılığı fikizi ağrılarla müalicə etməyin əleyhinədirlər. Elektroşok terapiyası praktik olaraq zərərsizdir. Lakin, xüsusi klinikalarda müalicə alan uşaqlar çox ciddi psixoloji travma alırlar.

Hələ 2009-cu ildə Çin Səhiyyə Nazirliyi internetdən asılı yeniyetmələrin müalicəsi vaxtı elektroşok terapiyasından istifadəsinə qarşı çıxış etsə də, bəzi özəl klinikalarda istifadə edilir.