Barak Obama Mişelin doğum gününü belə təbrik etdi - Foto

ABŞ-ın qüvvədə olan prezidenti Barak Obama həyat yoldaşı Mişel Obamanı ad günü münasibətilə təbrik edərək maraqlı foto paylaşıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Obama Mişelin şərəfinə Tvitterdə tvit atıb:

“Cənub sahilindən olan qız xahiş etmədiyi rolu öz üzərinə götürdü və özününkü etdi. Ad günün mübarək Mişel, Mən səni sevirəm”

Obama təbrikə 2009-cu ildə çəkdiyi fotonu əlavə edib. Bu foto Obamanın inaqurasiya balışndan sonra çəkilib. Məhz həmin gün Obama rəsmi olaraq ABŞ-ın 44-cü prezidenti elan edilmişdi.

Mişel 53-cü doğum gününü qeyd edir. Bu özəl gününü həyat yoldaşı və 2 qızı- 18 yaşlı Maliya və 15 yaşlı Saşa ilə Ağ evdə bayram edir.