Hindistanın Uttar-Pradeş ştatında yük maşını məktəb avtobusu ilə toqquşub. Hindistanın Uttar-Pradeş ştatında yük maşını məktəb avtobusu ilə toqquşub.

Yük maşını məktəb avtobusu ilə toqquşdu - 25 ölü, 36 yaralı

Hindistanın Uttar-Pradeş ştatında yük maşını məktəb avtobusu ilə toqquşub.

AzNews.az “India Today” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 25 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

İlkin ehtimala görə, qalın duman qatına görə görüntünün itməsi qəzaya səbəb olub.

“Times of India” qəzeti isə hadisənin baş vermə ehtimalı kimi başqa bir versiya irəli sürüb. Qəzet sürücünün sürəti artırdığını və nəticədə nəqliyyat vasitəsinə nəzarəti itirdiyini iddia edib.

Ştatın polis rəisi Cavid Əhməd bildirib ki, məktəbin adminstrasiyası məsuliyyətə cəlb oluna bilər. Belə ki, soyuq hava ilə əlaqədar 3 günlük tətil elan olunmasına baxmayaraq, məktəb bu gündən etibarən açılıb: “Avtobusda qalan uşaqların xilas edilməsi bizim prioritetimizdir. Xilasedici əməliyyat davam edir. Bir halda ki, məktəb dairə adminstrasiyasının sərəncamına məhəl qoymur, onunla bağlı sərt ölçülər qəbul ediləcək. 20-dən çox uşaq həlak olub.”

Aydan AXUNDOVA