Türk ağsaqqallarından qar şousu - Video

Ərzurumda türk təqaüdçülər qarlı təpədən taslarla sürüşüblər.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, yaşlı olmaqlarına baxmayaraq qarşı havadan istifadə edən ağsaqqallar gənclik illərini yada salıblar. Onlardan nisbətən yaşca aşağı ağsaqqal tası iplə dartaraq digərlərinə təpədən üzü aşağı sürüşməyə kömək olub.

Təqaüdçülərin sözlərinə görə, televizorda Palandoken dağ xizək kurortunda qadınların qarda sürüşməsini gördükdən sonra “onlardan nəyimiz əksikdi” deyib sürüşməyə əqrar veriblər.

Ağsaqqalların sözlərinə görə, növbəti il də dağ xizək kurortunda onlarla başabaş yarışmağa hazırdırlar.