"Kommivoyajör" filminə görə dünyanın ən nüfuzlu film mükafatına namizəd olan iranlı rejissor Əsgər Fərhadi ABŞ-da miqrant siyasətinə görə Oskar mərasiminə qatıla bilməyəcək. "Kommivoyajör" filminə görə dünyanın ən nüfuzlu film mükafatına namizəd olan iranlı rejissor Əsgər Fərhadi ABŞ-da miqrant siyasətinə görə Oskar mərasiminə qatıla bilməyəcək.

Oskara namizəd olan iranlı rejissor Amerikaya gedə bilmir - Trampa görə

"Kommivoyajör" filminə görə dünyanın ən nüfuzlu film mükafatına namizəd olan iranlı rejissor Əsgər Fərhadi ABŞ-da miqrant siyasətinə görə Oskar mərasiminə qatıla bilməyəcək.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran-Amerika şurasının rəhbəri Trit Parsi şəxsi Tvitter hesabında məlumat yayıb. Fərhadi özü ABŞ-a giriş qadağasını şərh etməyib.

Daha əvvəl, "Kommivoyajör" filmində baş qəhrəmanı canlandıran Təranə Alidusti bildirib ki, Trampın siyasətinə etiraz əlaməti olaraq, mərasimə qatılmaqdan imtina edib.

Qeyd edək ki, Tramp 7 ölkə vətəndaşının ABŞ-a girişinə məhdudiyyət qoyub - İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan.