Kanadanın Baş naziri Castin Tryudo Kvebek-Sitidəki terror aktını qorxaq hücum adlandırıb. Kanadanın Baş naziri Castin Tryudo Kvebek-Sitidəki terror aktını qorxaq hücum adlandırıb.

Kanadanın baş naziri məscidə hücumu "qorxaqlıq" adlandırıb

Kanadanın Baş naziri Castin Tryudo Kvebek-Sitidəki terror aktını qorxaq hücum adlandırıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hökumət rəhbəri “Twitter” səhifəsində məlumat verib:

“Bu gün kanadalılar Kvebekdə məscidə qorxaq hücum nəticəsində ölənləri yad edirlər. Mənim fikrim indi hücum qurbanlarının və onların ailələrinin yanındadır”.

Son məlumatlara görə, hücum nəticəsində 5 nəfər ölüb. Yaralıların sayı barədə hələ də məlumat yoxdur. Polis artıq iki şübhəlini saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları üçüncü şəxsin ola biləcəyini də istisna etmirlər.

Hadisə yerində onlarla təcili yardım maşını var. Atəş açılarkən binada müxtəlif məlumatlara görə, 40 nəfərdən 100 nəfərə qədər insan olub.

Aydan AXUNDOVA

image description image description image description image description