İran ABŞ vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyub. İran ABŞ vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyub.

İrandan Trampa sərt cavab - Amerikalılara viza verilməyəcək

İran ABŞ vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyub.

AzNews.az xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, bu addım ABŞ prezidenti Donald Trampın İran da daxil olmaqla 7 Yaxın Şərq ölkəsi vətəndaşlarına viza verilməməsi ilə bağlı verdiyi qərara cavab olaraq atılıb.

Məhəmməd Cavad Zərif qeyd edib ki, rəsmi Tehranın verdiyi qərarla bağlı istisnalar ola bilər:

“Bu müracitələrə İran Xarici İşlər Nazirliyi tərəfindən baxılacaq. Bundan sonra qərara veriləcək. ”

Xatırladaq ki, ötən ayın sonunda ABŞ prezidenti Donald Tramp ölkəyə yeni miqrant axının qarşısını almaq məqsədilə Suriya, İran, İraq, Sudan, Liviya, Somali, Yəmən kimi müsəlman ölkələrin vətəndaşlarına 4 ay müddətinə viza verilməməsi barədə qərar imzalayıb.